"İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib" - Səhiyyə naziri

26 Fevral 2025 10:53 (UTC+04:00)

İndiyə qədər 40 plastik cərrahın sənədi komissiya tərəfindən təftiş edilib. SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.