Türkiyə XİN Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

26 Fevral 2025 10:38 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in sosial media hesabında paylaşım edilib.

“33 il əvvəl Xocalıda qətlə yetirilmiş günahsız azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmət və ehtiramla yad edir, əziz Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq”, - paylaşımda qeyd edilib.