Qarabağda tarixi abidələrin inventarlaşdırılması başa çatıb - Mədəniyyət naziri

26 Fevral 2025 10:31 (UTC+04:00)

Qarabağda tarixi abidələrin inventarlaşdırılması artıq başa çatıb, bərpasına başlanılıb. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir deyib ki, hazırda Ağdamda Pənahəli xanın imarət-kompleksinin bərpası həyata keçirilir.