Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib

26 Fevral 2025 10:12 (UTC+04:00)

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağı yarıyadək endirilib. SİA xəbər verir ki, bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.