Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ-a səfər edəcək. SİA-nın “ABC News”a istinadla verdiyi məlumata görə, Ukrayna və ABŞ minerallar və digər ehtiyatlarla bağlı sazişin şərtləri barədə artıq razılığa gəliblər. Səfər zamanı iki ölkə lideri arasında razılaşmanın imzalanması gözlənilir.