Rusiyada axtarışda olan cinayətkar Türkiyədə saxlanıldı

26 Fevral 2025 04:11 (UTC+04:00)

Türkiyə polis Kocaeli vilayətində Rusiya Federasiyasında axtarışda olan şəxsi saxlayıb. SİA xəbər verir ki, bu barədə İHA xəbər agentliyi məlumat yayıb. Rusiyada bir qrup şəxslə birlikdə silahlı quldurluq edən və İnterpol xətti ilə axtarışda olan 37 yaşlı E.M fevralın 25-də saxlanılıb. Hazırda saxlanılan şəxs Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil verilib və onun Rusiyaya ekstradisiyası üçün lazımi prosedurlar aparılacaq.