Bu gün, Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı törədilən, müasir tarixin ən faciəvi və amansız cinayətlərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünü yad edirik. SİA xəbər verir ki, bu ifadələr Türk Dövlətləri Təşkilatının (TDT) Xocalı soyqırımının ildönümü ilə bağlı yayımladığı mesajda yer alıb.
Mətndə deyilir: “1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhəri insanlıqdan kənar bir hücuma məruz qaldı, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 günahsız insan qətlə yetirildi, 1 275 nəfər isə girov götürüldü. Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi Türk dünyasının qəlbində yeni yara kimi qorunub saxlanır. Bu Anım Günündə Xocalı soyqırımı qurbanlarını bir daha ehtiramla yad edir, Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha vurğulayırıq”.
Mesaj #Xocalı #Khojaly #Hocalı haşteqləri ilə yayımlanıb.