Novosibirskdən olan gənc cütlük Yelena və Vladimir iki il əvvəl Belarusa köçüblər. Ailənin başçısı Minsk yaxınlığındakı kənddə yaşayır və cütlük qohumları ilə daha yaxın olmaq qərarına gəlib.
SİA-nın məlumatına görə, bu barədə “tochka.by” yazır.
Dməli, evin kişisi uzaqdan proqramçı kimi işləyir, həyat yoldaşı isə çiçəkçidir.
Cütlük ilk övladları üçün qeyri-ənənəvi ad seçimi ilə hər kəsi təəccübləndirib.
Onlar bu ilin fevralında dünyaya gələn oğlana Tramp adının qoyulmasına qərar veriblər.
Adı dərhal assosiasiyalar doğursa da, cütlük onların seçiminin böyük siyasət dünyası ilə əlaqəli olmadığını əmin edirlər.
Vladimir və Yelena da inanırlar ki, bir neçə ildən sonra bu ad nadir hala düşə bilər və onlar oğlunun unikal bir şeyə sahib olmasını istəyirlər.
Yeni valideynlərə uşağa doğum haqqında şəhadətnamə hələ verilməyib. Çünki ana və körpə hələ də doğum evindədir. Qohumların və dostların belə qeyri-adi ada necə reaksiya verəcəyi hələlik məlum deyil.
Ancaq bir şey dəqiqdir: Tramp Vladimiroviç həyatının ilk günlərindən hər kəsin yaddaşında mütləq qalacaq bir adın sahibi oldu.
Əli Babayev