“SSRİ vətəndaşları”nın üzvü olan Başqırdıstan sakini həbs edilib

25 Fevral 2025 20:55 (UTC+04:00)

Başqırdıstanın Oktyabrski şəhərinin sakini “SSRİ vətəndaşları” dərnəyinə (Rusiyada fəaliyyəti qadağandır – A.B.) üzv olduğuna görə cinayət törətməkdə ittiham olunub. SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

...Şübhəli şəxs təşkilatın fəaliyyətinin ekstremist kimi tanınmasından xəbərdar olmasına baxmayaraq, onun fəaliyyətində fəal iştirak etməyə davam edib.

Bu, məlumatda bildirilir.

Qeyd olunur ki, Federal Təhlükəsizlk Xidməti onunla əlaqə saxlayana qədər həmin şəxs fəal şəkildə “Vətəndaşlar” vərəqələri paylayırmış. Onun evində axtarış aparılıb.

Qeyd etdiyimiz kimi, “SSRİ vətəndaşları” qeyri-rəsmi hərəkatdır və tərəfdarları eyni fikirdə olan bir neçə əlaqəsi olmayan birlikləri özündə birləşdirir.

Xüsusilə, Sovet İttifaqının mövcud olduğuna inanırlar və onlar SSRİ-nin müvəqqəti işğal olunmuş ərazisində yaşadıqları üçün sovet qanunlarına əməl edirlər.

Bir çox "SSRİ vətəndaşları" kommunal xərcləri və kreditləri ödəməkdən imtina edirlər.

Bundan əlavə, onlar pul müqabilində “sovet pasportları” verirlər və ya insanlara “sovet hökuməti orqanlarında” vəzifə tutmağa kömək edirlər.

...Və 2022-ci il avqustun 24-də Ədliyyə Nazirliyi ekstremist təşkilatların reyestrinə “SSRİ vətəndaşları”nı əlavə edib.

Əli Babayev