İnquşetiyada yeniyetmə xizək sürərkən ölüb

25 Fevral 2025 19:14 (UTC+04:00)

İnquşetiyada 14 yaşlı yeniyetmə xizək sürərkən ölüb, müstəntiqlər araşdırmaya başlayıb.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Faciə Nijnie Açaluki kənd yaşayış məntəqəsində baş verib. Yeniyetmə dağ yamacından enərkən dəmir-beton işıq dirəyinə çırpılıb. Oğlan başından xəsarət alıb və nəticədə dünyasını dəyişib.

...2025-ci il yanvarın əvvəlində Penza vilayətində bir yeniyetmə boru üzərində təpədən aşağı sürüşərək ölüb. Oğlanın ölümündən sonra cinayət işi açılıb.

... Daha sonra 20 yaşlı Kazan sakini avtomobilə bərkidilmiş boruya minərkən dünyasını dəyişib. O, təpədən aşağı sürüşərək hasar dirəyinə çırpılıb və aldığı xəsarətlərdən ölüb.

Nazlı Almuradova