Gürcüstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

25 Fevral 2025 18:08 (UTC+04:00)

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili sabah Türkiyəyə səfərə gəlir.

SİA-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcü həmkarı ilə Ankarada görüşəcək.

İki qonşu ölkənin xarici işlər nazirləri arasında keçiriləcək görüşdə bir çox mövzular gündəmə gələcək.

Hakan Fidan Gürcüstanın Avro-Atlantik təşkilatlarla inteqrasiya səylərinə güclü dəstəyini davam etdirəcəyini bildirəcək.

Nazir Hakan Fidan Gürcüstan və Azərbaycanla qurulan üçtərəfli mexanizminə verilən önəmi və bu mexanizmin regional əməkdaşlığa, sülh və sabitliyə verdiyi töhfəni ifadə edəcək.

Türkiyə 16 ildir Gürcüstanın ən önəmli ticarət tərəfdaşıdır.

İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur.

Görüşdə ikitərəfli əlaqələr və ticarət məsələləri də müzakirə olunacaq.

Hakan Fidan gürcü həmkarına Orta Dəhlizin region və onun hüdudlarından kənarda əhəmiyyətini ifadə edəcək.

Bu kontekstdə Orta Dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması üçün birgə səylərin göstərilməli olduğu müzakirə olunacaq.

Görüş zamanı Ahıska türkləri ilə bağlı məsələnin də müzakirə olunması gözlənilir.

Qonaq nazirə həmçinin Türkiyənin Ahıska türklərinin vətənləri Gürcüstana qayıtması üçün lazım olan hər cür dəstəyi verməyə hazır olduğu bildirələcək.