2024-2025-ci tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını, I – X sinifləri əhatə edir.
Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq “Digital Login” vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
Şagird yerdəyişməsi elektron xidməti üzrə təlimatla buradan tanış ola bilərsiniz.