İki oyunun başlama saatında dəyişiklik edilib

25 Fevral 2025 16:38 (UTC+04:00)

Misli Premyer Liqasında XXV turun görüşlərinin başlama saatında dəyişiklik edilib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq, “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” oyunları əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez start götürəcək.

Belə ki, martın 4-də keçiriləcək qarşılaşmalar müvafiq olaraq, saat 17:30 və 19:30-da başlayacaq.