Azərbaycanda su tarifləri xərcləri qarşılamır - ADSEA

25 Fevral 2025 15:28 (UTC+04:00)

Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.

"Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - deyə A.Abbasov əlavə edib.