Azərbaycanda almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq

25 Fevral 2025 14:30 (UTC+04:00)

Emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin edəcək.