Bu ilin yanvar ayında Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı 18 milyon nəfər olub. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 4,2 % artıb.
Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilin sonuna qədər paytaxtda 10 yeni metro stansiyası tikiləcək.