AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.