Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə ilk iclası keçirilib. AMADA-dan SİA-ya verilən məlumata görə, iclasda Müşahidə Şurasının 2025-ci il üzrə Yol Xəritəsi müzakirə olunub. Sənəd AMADA-nın strateji inkişaf istiqamətlərini müəyyənləşdirir və dopinqlə mübarizənin gücləndirilməsinə yönəlmiş əsas tədbirləri əhatə edir.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ötən ilin əhatə olunduğu təqdimatla çıxış etdikdən sonra 2024-cü ilin nəticələri, strategiya üzrə məqsədlər və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, AMADA şəffaflıq və keyfiyyətə nəzarət üzrə beynəlxalq standartları tətbiq etmək, Azərbaycanda və dünyada idmanın inkişafına töhfə vermək, təmiz idmanı təşviq etmək öhdəliyinə sadiqdir və bu sahədə fəaliyyətini davam etdirəcək.