Əhalinin banklardakı əmanətləri 277 mln. manata yaxın azalıb

25 Fevral 2025 10:56 (UTC+04:00)

Ötən ilin sonunda Azərbaycanda rekord səviyyəyə yüksələn əhalinin banklardakı əmanətləri yanvar ayında azalmağa başlayıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 385.4 mln. manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 1,8% və ya 276,5 mln. manat azdır.

Ötən ilin sonuna bu rəqəm 14 mlrd. 661,9 mln. manat təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.

Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən 2024-cü ilin sonuna kimi davamlı artım tendensiyası nümayiş etdirib.