Bakıda dava zamanı iki nəfər bıçaqlanıb

25 Fevral 2025 09:49 (UTC+04:00)

Bakıda dava bıçaqlanma ilə nəticələnib. SİA xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovlə mübahisə edib. Mübahisə nəticəsində bıçaqla K.Bayramova və S.Dövlətova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakta bağlı cinayət işi başlanılıb.

İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub.