Qusarda avtomobil yanıb

25 Fevral 2025 09:46 (UTC+04:00)

Qusarda yanğın olub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, rayonunun Yuxarı Ləgər kəndində həyətyanı sahədə ümumi sahəsi 30 m² olan talvarın altında dayanan “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvar və altında yığılan odun yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.