Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, əvvəllər də məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazovda 10 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.