Nyu-York birjasında təbii qazın ucuzlaşması davam edir

25 Fevral 2025 09:14 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,7% azalaraq 3,957 ABŞ dolları təşkil edib.