BVF iqlim dəyişikliyi ilə mübarizə üçün Pakistana 1,5 milyard dollar ayıracaq

25 Fevral 2025 05:22 (UTC+04:00)

Pakistanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə 1,5 milyard ABŞ dolları məbləğində kredit ayrılması ilə bağlı danışıqlar başlayıb. SİA “Daily Pakistan”a istinadla xəbər verir ki, BVF-in texniki işlər üzrə nümayəndə heyəti yeni kreditlə bağlı danışıqlar aparmaq üçün Pakistana səfər edib. BVF-in iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə 1,5 milyard dollar həcmində kredit ayırması gözlənilir.

BVF-iin nümayəndə heyəti federal hökumətin yaşıl büdcə çərçivəsində atdığı addımları qənaətbəxş hesab edib.