Ronaldo onunla görüşdü - FOTOLAR

25 Fevral 2025 06:07 (UTC+04:00)

WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu, ukraynalı boksçu Aleksandr Usik “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Usik sosial şəbəkədə bildirib. “Böyük çempionla isti söhbətlər! Biz həmişə bir-birimizdən öyrənirik, təcrübə mübadiləsi aparırıq və həmin andan həzz alırıq. Kriştianoya fədakarlığına və düşüncə tərzinə görə hörmət edirəm”, – Usik yazıb.