Peris Hilton 44 yaşını qeyd edib - FOTOLAR

25 Fevral 2025 04:39 (UTC+04:00)

Amerikalı aktrisa və model Peris Hilton 44 yaşını qeyd edib. SİA xəbər verir ki, o, Los-Ancelesdəki evində özünə təntənəli ad günü keçirib. Hiltonun xoş günündə Cessica Alba, Sidney Sviney, Sara Delevinqn, Culia Foks, Sofia Verqara və Anya Taylor-Coy kimi məşhurlar iştirak edib. “Burada yalnız ikonlar ilin ən yaxşı partisi üçün toplanıb. Mən ad günümü çoxlu dostlarımla qeyd etməyi sevdiyimi hiss etdim. Gələn və mənimlə olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevirəm. Gələn ili səbirsizliklə gözləyirəm!”, - deyə P.Hilton instaqram hesabında yazıb.