Amerikalı jurnalistlərin X sosial şəbəkəsində yerləşdirdiyi videolardan görünür ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə gələndə Fransa lideri Emmanuel Makronu salamlamayıb. SİA-nın məlumatına görə, videoda ABŞ və Fransa bayraqları ilə bəzədilmiş qara rəngli Chevrolet avtomobilinin girişdə dayandığı görünür.
Bir neçə siqnaldan sonra Makron Trampla görüşü gözləmədən mətbuatla salamlaşıb və təkbaşına binaya daxil olub.
...Emmanuel Makron Ağ Evə gələrkən rəsmi qəbul olunmayıb. Bu, Fransanın Vaşinqton üçün əhəmiyyəti haqqında təsəvvür yaradır.
Bunu RFI jurnalisti David Thompson X-də yazıb.
Protokoldakı çaşqınlıq internet istifadəçiləri tərəfindən də qeyd edilib: "Makron üçün buzlu qarşılama", "Tramp onunla görüşməyi belə zəruri hesab etmədi", "Protokol yoxdur! Makron gəlişini bildirmək üçün korna çalmalı idi" yazırlar.
Qeyd edək ki, Fransa prezidentinin ABŞ-a səfəri Trampı Avropa İttifaqını Ukraynadakı vəziyyətlə bağlı danışıqlara cəlb etməyə inandırmaq istəyi ilə bağlıdır.
...Və Böyük Britaniyanın baş naziri Keir Starmer də oxşar məqsədlə bu həftə Vaşinqtona gələcək.
Əli Babayev