Dünyanın ən qəribə yerindən elmə məlum olmayan uğultu gəlir

24 Fevral 2025 20:23 (UTC+04:00)

...1997-ci ildə okean alimləri Nemo Point yaxınlığındakı dərinliklərdən gələn qeyri-adi səsi qeydə aldılar. Bu zümzümənin təbiəti sirr olaraq qalır.

Səsin balinalara və ya sualtı qayıqlara bənzədiyi üçün elm adamları çaşıblar, lakin ərazidə heç bir dəniz heyvanı və ya insan varlığı aşkar edilməyib.

Səsin mənbəyini müəyyən etmək cəhdləri uğursuz alınıb və səs yazısı normal sürətlə səsləndirildikdə bu, güclü yadplanetli ötürücünün tənzimləməsi kimi səslənib.

SİA-nın məlumatına görə, sualtı vulkan püskürməsi versiyası istisna edilib.

Nəticədə ekspertlər səsin Antarktidadan qopmuş nəhəng aysberqin əks-sədası ola biləcəyini irəli sürüblər.

Bu səs "The Bloop" adlandırılıb.

Bəziləri elmi izahatlara məhəl qoymadan zümzüməni mifik məxluq Cthulhu ilə əlaqələndirirlər.

Bununla belə, Komsomolski Pravdanın qeyd etdiyi kimi, təqdim olunan nəzəriyyələrin heç birinin inandırıcı sübutu yoxdur.

Əli Babayev