Çin və Rusiya liderləri telefon danışığı aparıb

24 Fevral 2025 19:45 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin strateji əməkdaşlıq və ABŞ-Rusiya danışıqlarını müzakirə ediblər.

SİA xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Si arasında telefon danışığı olub.

Görüş zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə edilib, iqtisadiyyat, ticarət, investisiya və təhsil kimi sahələrdə əməkdaşlıq ətrafında da danışıqlar aparılıb.

Mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə bayramı tədbirləri çərçivəsində iki lider arasında planlaşdırılan təmasların da gündəmdə olduğu görüşdə Putin son ABŞ-Rusiya danışıqları haqqında da məlumat verib.

Görüş zamanı Si Cinpin Rusiya və ABŞ arasında aparılan danışıqları dəstəklədiyini bildirib və Ukraynadakı vəziyyətin həlli üçün lazımi addımları atmağa hazır olduğunu qeyd edib.

Görüşdə iki lider Rusiya-Çin münasibətlərinin qlobal sabitliyə verdiyi töhfənin əhəmiyyətini vurğulayıblar və bu əlaqələrin üçüncü ölkələrə qarşı olmadığı qeyd olunub.