Bu gün Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayan Avropa İttifaqı (Aİ) enerji, nəqliyyat və bank sektorlarında bir sıra məhdudiyyətləri aradan qaldırıb.
SİA-nın məlumatına görə, bu barədə Aİ Şurasının açıqlamasında bildirilib.
"Aİ Şurası enerji (neft, qaz və elektrik enerjisi daxil olmaqla) və nəqliyyat sektorlarında tətbiq edilən sanksiyaların dayandırılması, həmçinin beş təşkilatın (Industrial Bank, Popular Credit Bank, Saving Bank, Agricultural Cooperative Bank и Syrian Arab Airlines) maliyyə vəsaitləri və iqtisadi resursları dondurulan qurumların siyahısından çıxarılması barədə qərar qəbul edib. Bundan başqa, Suriya Mərkəzi Bankının maliyyə və iqtisadi resurslarla təmin edilməsinə icazə verilir", - açıqlamada qeyd olunub.
Açıqlamada Aİ bankları ilə Suriya bankları və maliyyə qurumları arasında bank əlaqələrinin qurulmasına qadağaya müəyyən istisnaların ediləcəyi, beləliklə, xüsusilə enerji və nəqliyyat sektorlarında, eləcə də humanitar və yenidənqurma məqsədləri ilə əməliyyatlara icazə veriləcəyi qeyd edilib.
Sanksiyalardan humanitar azadlığın qeyri-müəyyən müddətə uzadılacağı, şəxsi istifadə üçün dəbdəbəli malların Suriyaya ixracına qoyulan qadağanın aradan qaldırılacağı bildirilib.
Bildirilib ki, Aİ Şurası bu məsələ ilə bağlı işini davam etdirəcək və bundan sonra iqtisadi sanksiyaların dayandırıla biləcəyini qiymətləndirəcək və ölkədəki vəziyyət diqqətlə izləniləcək.