Orban: “Ukrayna NATO üzvü olmayacaq...”

24 Fevral 2025 17:54 (UTC+04:00)

...Ukrayna NATO-nun üzvü olmayacaq, alyansla Rusiya arasında bufer zonası olaraq qalacaq və bu, ABŞ-da respublikaçı Donald Trampın hakimiyyətə qayıdışından sonra aydın olub.

SİA-nın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban milli parlamentin yaz sessiyasının açılışında çıxışı zamanı deyib.

Macarıstan parlamentinin saytında çıxışı yayımlanan Orban, "ABŞ-da keçirilən seçkilərdən sonra Ukraynanın NATO-ya üzv olmayacağına qərar verildi. Ukraynanın taleyinin və ondan qalan ərazilərin taleyinin necə olacağı Macarıstanın təhlükəsizliyi üçün vacibdir. Bu məsələ atəşkəs və sülh danışıqları yolu ilə həll olunacaq”,- deyib.

O, həmçinin qeyd edib ki, sülh müqaviləsi Macarıstan və NATO-ya üzv ölkələrin təhlükəsizliyinə təminat verməli və yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu buna uyğun tənzimlənməlidir. Görünür, bu, təkcə avropalılar tərəfindən deyil, bəlkə də, qərara alınmayacaq.

Bunu da hökumət başçısı əlavə edib.

...Lakin Ukraynanın Avropa İttifaqına üzvlüyü sırf Avropa məsələsidir.

Orban davam edib.

O, hökumət adından parlamenti əmin edib ki, “Ukrayna macarların qərarı olmadan Avropa İttifaqına üzv ola bilməyəcək”.

Baş nazir qeyd edib ki, Ukrayna bu gün Avropa İttifaqına qəbul olunarsa, bu, "macar fermerlərini, hətta bütün milli iqtisadiyyatı məhv edəcək".

Əli Babayev