Suriya Milli Dialoq Konfransı bu gün paytaxt Dəməşqdə ölkənin əsas problemlərinə həll yollarının tapılması məqsədi ilə başlayır.
SİA-nın məlumatına görə, Suriya prezidenti Əhməd Şaranın başçılığında keçiriləcək iki günlük Milli Dialoq Konfransı ölkənin bütün seqmentlərindən 600 nümayəndəsini qəbul edəcək.
Konfransda keçid dövrü ədalət, şəxsi azadlıqlar və iqtisadiyyat kimi altı mühüm başlıq altında qiymətləndirmələr aparılacaq.
Konfransda əldə edilən nəticələrin Suriya administrasiyasının gələcək qərarlarına istiqamət verəcəyi gözlənilir.