Qadın evdə doğuş etdi - Körpəsi öldü

24 Fevral 2025 17:24 (UTC+04:00)

Azərbaycanda gənc ana evdə uşaq dünyaya gətirib. SİA xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

1996-cı il təvəllüdlü şəhər sakini H.Xəlilova bir neçə gün əvvəl yaşadığı evdə qız övladı dünyaya gətirib.

Fevralın 23-də körpə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.