AFFA-nın vitse-prezidenti Millətlər Liqasının oyununa təyinat alıb

24 Fevral 2025 17:06 (UTC+04:00)

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb. SİA xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Belarus oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 25-də təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.