Bahar Muradova Xaçmazda vətəndaşların müraciətlərini dinləyəcək

24 Fevral 2025 17:04 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən Xaçmazda vətəndaşlarla görüşəcək. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, görüş martın 3-də saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində olacaq.

Görüşdə Xaçmaz və Şabran rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.