Sumqayıtda 20 yaşlı oğlan bıçaqlanıb - YENİLƏNİB

24 Fevral 2025 16:11 (UTC+04:00)

Sumqayıtda 20 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli SİA-ya bildirib ki, Sumqayıt şəhərində 20 yaşlı X.Məmmədova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.