İki yüz ildən artıq bir zamanda Azərbaycan torpaqlarının parçalanması, nəhayətdə, bu torpaqların böyük bir hissəsində saxta erməni dövlətinin yaradılması onunla nəticələndi ki, azərbaycanlı əhali zaman-zanan deportasiya olundu, qədim yer-yurd adlarımız məhv edilərək qondarma erməni adları ilə əvəz olundu və bu proses davam etməkdədir. Bununla da ermənilər və onların havadarları azərbaycan türkünün izini bu torpaqdan silməyə cəhd etmişlər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev çox ciddi və kəskin şəkildə həmin iyrənc adların geri qaytarılmasını vacib bildi. Erməni iştahı o qədər yüksək idi ki, onlar həyasızcasına ərazi genişləndirmək, yeni-yeni torpaqlar əldə etmək iddiasında idilər. Son müzəffər qalibiyyətimiz bütün bu iddiaları alt-üst etdi.
Professor Mahirə Nağı qızı Hüseynovanın “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabı vaxtında yazılmış və bu sahədəki boşluğu dolduran bir əsərdir. Əsər təkcə dilçilik baxımından yox, həm də siyasi-ideoloji və tarixi ədalət baxımından qiymətlidir. Müəllif haqlı olaraq öz tədqiqatını ən qədim toponimlərin tədqiqinə həsr etməklə sübut edir ki, bu əırazilərdə qədimdən bu yana heç bir erməni izi yoxdur. Bu torpaqlar yalnız Azərbaycan türklərinin məskəni olmuşdur.
Material və metodlar
Professor M.Hüseynova çox dəqiq və obrazlı şəkildə ermənilərin Azərbaycan toponimlərinə dövlət səviyyəsində “səlib yürüşü” kompaniyasını göstərərək 1935-1991-ci illərdə bunu həyata keçirdiklərini faktlarla sübut edir. Qədim Türk Abidələrində, konkret olaraq “Orxon-Yenisey” abidələrində işlə-nən “Gökman” oroniminin ermənilər tərəfindən “koğan” şəklində işlədilərək özününküləşdirmələrini sübut edir. Bu sözün türk abidəlkəri olan “Orxon-Yenisey” daş kitabələrində olduğu kimi, Dərələyəz mahalında da “Gokman” formasında olduğunu, - “Gok” komponentinin “göy” formasında “göylük yal” anlamını, “man” komponentinin bu günkü dilimizdə olan “qocaman”, “azman” sözlərində işlənməsini müəllif haqlı olaraq sübut kimi göstərir.
Ermənilər saxta tarix uyduraraq antik dövrün türk-azərbaycan mənşəli toponimlərə daha çox təcavüz etmiş, onları tanınmaz hala salmışlar (№ 1.Səh 29.) Müəllif xəstə və yaramaz ermənilərin özləri haqda olan yüksək fikirlərini dəfələrlə böyük yanğı ilə qeyd edir: “Ermənilər harada oldu iddia edirlər ki, guya Qafqaz, Kiçik Asiya, Orta Asiya, Qazaxıstan, Altay, Hind-Avropa, Çin, Türküstan da onların vətəni olub. Bu erməni xəstəliyi antik dövrlərdən as/sak mədəniyyətini türk xalqlarından qoparmağa xidmətin nəticəsi kimi meydana çıxmışdır”(№ 1. Səh 30.) Göstərmək lazım gəlir ki, digər tədqiqat əsərlərində də ermənilərin bu həyasız addımları qeyd olunmuşdur: “ “Sak” etnosunun türk mənşəli olduğunu hər zaman təsdiq edən dünya türkoloqlarına məhəl qoymayan bu mənfur qurum car çəkir ki, Qarabağın qədim adı Artsaxdır. (“Ərsaq” sözü-nün içərisinə bir “t” səsi əlavə edərək).Bəs, deyən yoxdur ki, ay işğalçı, “Ər-saq” kimin sözüdür?!” (№ 2. Səh 9.)
Professor M.Nağıqızı çox qiymətli bir məsələyə toxunaraq yazır ki, ermənilər bir çox sözlərin etimoloji mənbəyini anlamadıqları üçün onları olduğu kimi saxlamışlar. Həmin sözləri – “Ararat”, “Artaşat” sözlərini misal çəkərək göstərir ki, “Urartu” sözündəki “art” komponenti də qədim türkcədir. “Art” vahidinin Azərbaycan ərazilərində yer-yurd adlarında qalması bunu sübut edir. Məslən, Salvartı (Şahbuz ), Arta (Lənkəran), Artaba (Astara) sözlərinə rast gəlmək mümkündür. Müəllif bu məsələdə T.Əhmədovun tədqiqatına istinad edir. (Əhmədov T. –Azərbaycan toponimikasının əsasları. Bakı Universiteti Nəşriyyatı, 1991). Kitabda qeyd edilir ki, “art” sözü müasir tuvin, şor, qırğız, kumık, Altay və s. dillərində “keçid”, “dağ keçidi”, “aşırım”, “dağ aşırımı” mənalarında işlənir. (№ 1. Səh 51.) Bu komponentin türk məmşəli olmasını E.V. Sevortyan da təsdiq etmişdir. (№ 1. Səh 51.)
Azərbaycanın görkəmli toponimistlərindən H.Mirzəyev, Q.Qeybullayev, B.Budaqov, Ə.Ələkbərli, İ. Bayramov, S.Sadiqova, C.Cəfərov və digərləri məqalə və kitablarında dönə-dönə qeyd etmişlər ki, Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan) mövcud olan toponimlərin 90 faizi türk mənşəlidir və 200 il bundan əvvəl bu regionda bir dənə də olsun erməni coğrafi adına təsadüf edilmir. (№ 1. Səh 34.)
Müəllif adı çəkilən toponimləri təhlil edərək onların ən qədim türk sözləri olduğunu sübut edir və göstərir ki, o toponimlərin yaranması vaxtı ermənilər qaraçı köçü halında müxtəlif ərazilərdə yaşasalar da Azərbaycana zaman-zaman hissə-hissə gəlmişlər.
Qərbi Azərbaycandakı “Artaşat” paeotoponiminin qeydə alınan “art” komponenti haqqında Q.Qeybullayev və B.Budaqov da xeyli nümunələr göstərmişlər. “Aravul”, “Artiz”, “Artik-qışlaq”, “Artuksu” sözlərinin ilk komponentini “dağlıq ərazi, aşırım” kimi izah etmişlər.(№ 1. Ədəbiyyat siyahı-sı, № 9)
Professor M.Nağı qızı ən qədim toponimlərin izahına diqqət edərək mühüm məsələlərə toxunmuşdur. Mənfur düşmənlərin bilərəkdən yox etdikləri, lakin tamamilə izini itirə bilmədikləri “Artiz” toponiminin təhlilinə geniş yer vermiş, həmin yaşayış məskəninin 1590- cı ildən məlum olduğu, 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalinin qovulması və kəndin xaraba qalması faktına B.Budaqov, Q.Qeybullayev, daha sonra Ə.Ələkbərlinin münasibəti təhlilə cəlb edilmiş, adın “art” və “uz” hissələrini izah edərək bu sözün “ardıc” (ağac) deyil, “art+us+uş+quş+quz” modelləri əsasında təşəkkül tapması, “oğuz” sözündə olan tayfa mənsubiyyətində olduğu, “dağda yaşayan oğuzlar” anlamında olduğu göstərilir.(№ 1. Səh 57.)
Müəllif qədim türklərə məxsus “ay”, “ulduz”, “günəş”, “su”, “el” komponentlərinin təşkil etdiyi adların Qərbi Azərbaycan ərazisində antroponimik sistem yaratdığını, hətta şəxs adlarında geniş yayıldığını dəqiq faktlarla sübuta yetirir. Professor “ay” və “as” komponentləri əsasında formalaşan Hayıstan, Ayazlı, Ayarlı, Aydan, Aydaman, Ayqırbaq və sair toponimik adları izah edir, “Hayıstan” sözünün təhlilini aparır. İlkin olaraq türkmənşəli “Hayıstan” sözündən başlayaq: Bu toponimin tərkibini komponentlərə, hissələrə ayırsaq, təbii olaraq belə bir görünüş yaranacaqdır: “H+ay+as+tan”. Erməni dili üçün “h” samiti səciyyəvi deyil, görünür, bu samit hansısa dildən alınmışdır. Və aldıqları bu samit səsi əski türklərdə işlənən “ay” sözünə əlavə edərək, həm də həmin sözü tanınmaz şəklə salmaq məqsədilə bu yolla getmişlər. (№ 1. Səh 59.) Müəllif yazır: “1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir (Qırbulaq mahalı, Allar r. nəzərdə tutulur- Ə.E) 1938-ci ildə ermənicə Ayqestan adlandırılmışdır. Əsli Ayaslı, ehtimal ki, gətirilmə addır. Anadolunun şərqində orta əsrlərdə Ayas mahalından gəlmiş türk ailələrinin məskunlaşması nəticəsinə yaranməşdır.(№ 1. Səh 62.) Müəllifin istinad etdiyi “Milli-etnik yaddaşın izi ilə” (Cəfərov C. İ. Bakı, “Səda” nəşriyyatı 2005) kitabındakı qiymətli izah alimin diqqətini çəkmişdir. Türkmənşəli “Ayas” toponimi Ay+as+lı komponentləri əsasında formalaşmışdır. Həmin toponimi ermənilər “ges” və şəkilçi yerinə fars dilindən götürmə “stan” ünsürünü qoyaraq özlərində guya ad yaratmışlar.
Ayarlı toponiminin dəyişdirilərək rus və erməni dilinin transkripsiyası ilə yazılması yanlışlıq yaratmış, “Ayar” sözünü “Aqar”, “Əgər” qədim sözlərimizlə eyniləşdirməyi müəllif qəbul etmir: “Fikrimizi şumercədə, ondan çox sonralar yaradılmış Orxon yazıları, Kaşqarlının “Divan”ı da təsdiqləyir və hər üç mənbədə həm “ey” sözü, həm də “ər” leksemi əks olunmuşdur. Rus və ermənilərin paleoleksik “ay//əy” və “ar//ər” sözlərini “aq//ak” şəklində mənbələrdə yanlış vermələriyuxarıda qeyd etdiyimiztədqiqatçıları çaşdır-mış, nəticədə yanlış etimoloji fikirlər irəli sürməyə sövq etmişdir”.(№ 1.Səh 64.) Müəllif türk dillərinin sözyaratma mexanizmlərinə istinad edərək Şumer, Orxon abidələri, M.Kaşqalı “Divan”ı da daxil olmaqla sözlərimizin bir-birindən keçid almasını əsaslandırır. “Umay”dan “Ayrum”a çevrilmə istiqamətini belə sıralayır: Umay-Rumay-Umay-ay, Rum-ay, Ay-rum, Ay-rım”. Bu adın Cənubi Azərbaycanda türkdilli xalqların yaşadığı ərazilərdə də olduğu qeyd edilir (Urmiya gölü). Ayrım toponimini isə “bölük”, “hissə” mənasında izah edənlərin yanıldığını qeyd edir. Bu sözün tayfa, nəsil, əcdad olduğunu önə çəkir. Düzdür. Bu sözdə fonetik eynilik çaşdırıcı olsa da, bunun, el, tayfa mənasında olmasını müəllif geniş şəkildə izah edir.(№ 1.Səh 67.)
Tədqiqatın bir hissəsi də “Van” komponenti ilə bağlıdır. Dilimizdə olan bir çox sözlərdəki “Van” komponentini misal gətirən müəllif onların əsasən, yer-yurd adları ilə bağlı olduğu qənaətindədir. Azərbaycanda Naxçıvan, İrəvan, Mincivan, Ərkivan, Ərçivan, Sevan, Əfqanıstanda Pərvan, Bədavan, Cənubi Azərbaycanda Zəngəvan, Türkmənistanda Siraqvan bu qəbildəndir. ((№ 1.Səh 71). Müəllif tərkibində daha bir çox “van” hissəsi olan sözü qeyd edir və tədqiqatçılardan bir neçəsinin fikirlərinə münasibət bildirir.
Kitabın 73-cü səhifəsindən başlayaraq müəllif yuxarıda adı çəkilən və tərkibində “van” sozlərin etimologiyasını izah edir.
Ən qədim etnotoponimlərin Qafqazda, xüsusən Qərb bölgəsində yayıl-ması, həm də qədim turk xalqlarının ad sistemində özünü göstərməsi tədqüiqat-çının diqqətini çəkir. Tarixi qədim olan bu adlar təkcə Azərbaycanda deyil, həm də özbək, Türkiyə ərazisində də özünü göstərməkdədir.
Monoqrafiyada Sir/Şir/Sıraq/Ciraq/Zirəkkomponentli türkmənşəli topo-nimlərin müxtəlif alimlərin fikirləri ilə müqayisəli şəkildə tədqiqatı maraq doğu-rur. Müxtəlif alimlərin fikirlərinə münasibət bildirən alim, Eradan əvvəl yunan mənbələrində,V-IV yüzilliklərdə və Yeni Eranın VII-VIII yüzilliklərinə qədər türkdilli Siraqlar tarix səhnəsində görünmüş, sonralar Oğuz tayfa birlikləri ilə qaynayıb-qarışmışlar. Müəllif göstərir ki, bu etnotoponimlərQafqazda, o sıra-dan indiki Ermənistan adlanan Qərbi Azərbaycanda görünməkdədir.
Sirak, Çırak, Zirik fonetik tərkibli etnotoponimlər qədim türk yurdlarının bir çoxunda silsilə olaraq təkrarlanır – Türkiyə, Qərbi Azərbaycan, (indiki Ermənistan), Dağıstan və Azərbaycan ərazilərində qeydə alınan bu adlar onu göstərik ki, bu etnotoponimlərpaleotoponimlərdir. D.D.Radiyev həmin etnotoponimlərin böyük əksəriyyətini göstərilən ərazilərdə qeydə almışdır. Nümunə üçün müəllif iyirmidən çox belə toponim göstərir. Təkcə Azərbaycanın Çıraqlı (Şamaxı), Çıraquş (Şuşa), Çarax, Çaraxqala (Quba) və onlarca belə adlar (Kitabda bunlar sıra ilə qeyd edilmişdir Ə.E.) deyilənlərin nə qədər inandırıcı olmasını təsdiqləyir. Müəllif bu tipli adların indiki Azərbay-candan kənar arealda yayılmasını və qədim tarixə malik olmasını da səbrlə göstərmişdir ( Bax: № 1.Səh 81-90.) Eradan əvvəl IV-III əsrlərdə Siraq tayfasının işğalçı Daradan onların ölkəsinə hücum etməyi ilə bağlı intiqam almaqları da monoqrafiyada yer almışdır. Bu məlumatlar II yüzillikdə yaşamış yunan müəllifin (Pole) yazısında bizə gəlib çatmışdır. O tarixi rəvayətlərə əsaslanaraq Siraqların “ata baxan tayfa” kimi geniş ərazidə şöhrət tapması, məskunlaşması qeyd olunur. Müəllif qeyd edir ki, həmin vaxt özbəkjlər Saqlara “Saq”, Siraqa isə “Siraq” demişlər və indi də həmin fonetik tərkibi tələffüz edirlər.(№ 1.Səh 83.)
Professor M.Hüseynovanın qənaətinə görə Siraq sözündən Şıraq sözünə keçid eyni anlamı verir. Belə ki, bu, fonetik əvəzlənmələr nətcəsində baş verən bir dil hadisəsidir ki,onu bütün toponimist dilçi alimlər qəbul edir. (T. Əhmə-dov). Buna əsasən, müəllif Çıraq və Şirak komponentli adlara, Çıraqqala, Çı-raqqaya, Çıraqlı, Çıraquz, Çiradizazor adlarını göstərərək həmin adların Zirik (Qəbələ), Ziyrik (Laçın), Sirik (Cəbrayıl) rast gəlindiyini qeyd edir. Bu adların Şirak tayfa adı ilə bağlı olmasını göstərən müəllif I əsrdə Strabonun Şimali Qafqazda yaşayan Şirakların adını çəkməsinigöstərir. Bunu V.B. Vinoqradovun da qeydə aldığını Müəllif göstərir. “Saxtakar ermənilər türk mənşəli bu paleotoponimi 1945-ci ildə dəyişdirərək “Ararat” adlandırmışlar.(№ 1.Səh 84.) (İstinad: Bayramov İ. - Qərbi Azərbaycanın türk mənşəli toponimləri. “Elm”,2005)
Müəllif “Hay, erməni” etnonimlərinin tarixi-etimoloji təhlilinə də kitabda yer ayırmışdır. Bu tayfa adları tarixi sənədlərdə paralel, yaxud sinonim şəklində işlənən bir yadelli etnik qrupun adı olaraq göstərilir. (№ 1.Səh 90.) Müəllif bir çox dəlil və sübutlara istinadən bu tayfanın Balkan yarımadası və Hindistandan buralara soyğunçuluq, talançılıq, qənimət əldə etmək üçün gəldiklərini yazır. Onlar Avropadan İran farslarının tərkibində Qafqaza, yaxud Şərq ölkələrinə qul şəklində gətirilmiş farsların və hindistanlıların törəmələridir. Onlara “Hay” və “erməni” deyimini zamanla türklər vermişlər. (№ 1.Səh 92.) Professor ermənilərin farslarla Hindistandan gəlmələri, Yenidən Hindistana qovulmaları sonra prototürk qəbilələri ilə yaşayıb istər fars, istərsə də türk tayfalarına düşmən mövqeləri ilə seçilərək qovilmuş, sonra Suriya kürdləri tətəfindən qəbul edilməmiş, bir tayfa olaraq özlərini biabır etdiklərini qeyd edir. Ermənilər açılmamış yazıları, qədim əraziləri özlərinə çıxaraq hələ də xəstə təxəyyüllə çırpınırlar. Urartu yazıları oxunduqdan sonra ermənilər və bütün dünya bu türk dövlətini tanıdı.
Professor yazır: “Ermənistan ərazisində qayalar üzərində tapılmış Urartu dilində olan mixi yazılarda bu diyara edilən çoxsaylı soyğunçu yürüşlərə dair məlumatlar var. Bu mənbədə 40-a yaxın talan edilmiş yaşayış məntəqəsinin adı çəkilir. Bu adlardan görünür ki, həmin yaşayış məntəqələrində tarixin heç bir dövründə ermənidilli əhali yaşamamışdır. Erməni tarixçilərinin etiraf etdiyi kimi, bu yaşayış məntəqələrinin adları türk dilindədir”. (№ 1.Səh 95.) Müəllif ermənilərin qorxaqlığına dair də tutarlı faktlar göstərir : “XI əsrdə Anadoluda erməni ticarət kapitalı və erməni zadəganlığının təşəkkülü üçün zəmin yaranmaqda idi. Monqol-tatarların Anadolu ərazisinə hücumunu görən erməni zadəganları, tacirləri var-dövlətlərini qorumaq üçün qorxaqcasına bu ərazilərdən qaçmış, dünyanın müxtəlif ərazilərində yaşamalı olmuşlar, müharibə qurtarandan sonra yenidən türk torpaqlarına gəlmişlər.(№ 1.Səh 96.)
Professor Mahirə Hüseynovanın tədqiqatında ən qiymətli cəhətlərdən biri də bu izahlarla birgə tarixi faktlara istinad etməsidir. Müəllif göstərir ki, Eradan əvvəl VII əsrə aid mənbələrdə nə “erməni”, nə də “hay” etnonimimə rast gəlmək olmur.İ.M.Dyakonova görə, Eradan əvvəl XII-VI əsrlər arasında friqlərin Kiçik Asiyada Xet dövlətini yıxaraq onun yerinə “Frigiya” adlı qurum yaratmaqları faktı var, ancaq ermənilər Frigiya dövlətini özlərinə çıxmışlar. Həmin friqlər“hurri” və “liviya”dillərində danışırdılar. Erməni tarixçisi Q.Kapasyanın Balkanlardan gəlmiş ermənilərin bir qolunun guya “Arem” adlandırması və “erməni” sözünün həmin “arem” sözündən yaranması fikrini Dyakonov rədd edir. Dyakonov friqlərinbir qolunun “hay” olduğunu qeyd edir. Beləliklə “Arme” sözü yer adı olmuş, orada yaşayanlara “arameylər” deyilmişdir ki, (№ 1.Səh 97.) bunlar da Sami dillərində danışırdılar. Arme əyalətində yaşayanlara əyalətin adı ilə “armina” huridilli urartulular isə “armini” deyirdilər ki, bunlar da bu günkü ermənilər deyillər. bu ad ər//er (qoçaq, igid), man= insan, adam mənasını bildirir.(№ 1.Səh 98.)
Tarixi faktlar göstərir ki, Ərmən, Ərməniyyə, Armeni əraziləri eradan əvvəl II əsrdə qədim türklərin yaşayış yerləri olmuş, “hayk”lar isə Hindistandan qətl, qarət məqsədilə bu ərazilərə gəlmişlər. Təkcə XX əsrdə bu hayklar Qafqazda, məxsusən Azərbaycanda talanlar təşkil etmiş müsibətlər törətmiş, ev-eşik yandırmışlar.
Kitabda “Kuti//quti” etnoniminin, “Ağ”, “al” və “ala” , “Qəmərli”, “Tur” və “ keş”, Qara” paleotoponimlərinin, “Əgərək” coğrafi termininin, tarixi-etimoloji təhlili aparılmış, bu palotoponimlərin Mahmud Kaşqarlı “Divan”ında izləri müqayisə edilmişdir.
Ələddin Eyvazov, tədqiqatçı-alim