Energetika Nazirliyi “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə ilk üçlükdə qərarlaşıb - FOTOLAR

24 Fevral 2025 15:02 (UTC+04:00)

Energetika Nazirliyi 2024-cü ildəki fəaliyyətinə əsasən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü yerdə qərarlaşıb. Nazirlikdən SİA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində nazirliyə müvafiq sertifikat təqdim olunub.

Qeyd edək ki, ötən il 67,81 faizlə 4-cü yeri tutan Energetika Nazirliyi xidmət keyfiyyətinin artırılması sahəsində atılan mühüm addımlar sayəsində ilk üçlüyə yüksəlib.