AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib

24 Fevral 2025 14:00 (UTC+04:00)

AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib. SİA Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna Tovuz təmsilçisinin Misli Premyer Liqasının XXIV turunun “Şamaxı” ilə oyunundan öncə bəyənat yayması səbəb olub.

Bu, İntizam Komitəsi tərəfindən AFFA və PFL-in imicinə zərər vuran əsassız addım hesab edilib.

Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu qeyd edilib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.