Tərtərdə polis tərəfindən silahlar götürülüb

24 Fevral 2025 13:29 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.