“Fevralın 24-ü səhər saatlarına olan məlumata əsasən ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur”. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, bu gün gündüz saatlarından başlayaraq yağıntılar tədricən kəsəcək: “Fevralın 25-də Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın tempraturu gecə 5-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. Yolların buz bağlaması davam edəcək. Bölgələrdə də ayın 25-də əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və axşam bəzi ərazilərdə qar yağacaq, mülayim qərb küləyi əsəcək. Havanın tempraturu gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 isti, dağlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündü 5-10 dərəcə şaxta olacaq”.