Xüsusi mühafizə edilən təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatı qarşılanır - FOTOLAR

24 Fevral 2025 12:22 (UTC+04:00)

Qarlı və şaxtalı hava şəraitində xüsusi mühafizə olunan təbiət ərazilərində yaşayan otyeyən heyvan və quşların yemə tələbatını qarşılamaq məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən onların yemlənməsi həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, təbiət ərazilərində heyvan və quşların miqrasiya yollarına ot və dənli yem məhsulları səpilib.

Bu tədbirlər biomüxtəlifliyin qorunmasına və vəhşi təbiət nümayəndələrinin qış aylarında qida çatışmazlığı yaşamamasına xidmət edir.