“Dünya çempionatının seçmə mərhələsində ilk dəfə idi ki, mübarizə aparırdıq”. Bunu SİA-ya basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev deyib.
O, DÇ-2027 seçmə mərhələsinindəki çıxışları ilə bağlı danışıb.
Həmzəyev bildirib ki, birinci seçməni keçsəydilər əsas qrupa düşəcəkdilər: “Təbii ki, bu bizim üçün çox maraqlı və böyük təcrübə oldu. Lakin digər tərəfdən də təəssüflənirik ki, həm Kosova, həm də İrlandiya millisinə qalib gələ bilərdik. Sadəcə biraz təcrübəmiz çatmadı və İrlandiya ilə ev oyununda yorğun idik. Bundan sonra yayda 3x3 basketbolda dünya çempionatının və Avrop çempionatının seçməsi var. Daha sonra noyabr oyununda İslam Oyunları başlayacaq. Bütün bunlara yaxşı şəkildə hazırlaşıb, yüksək nəticə üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, millimiz səfərdə Kosovaya (79:81), evdə isə İrlandiyaya (64:79) xalla uduzub.