Kriptovalyuta bazarının son göstəriciləri

24 Fevral 2025 09:56 (UTC+04:00)

Fevralın 24-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.65% ucuzlaşaraq 95 691 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.01% azalaraq 2721.51 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.43%, BNB isə 3.45% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.