Təranə Qumral gözəlləşmək üçün 10 min manatından keçəcək

24 Fevral 2025 07:02 (UTC+04:00)

Müğənni Təranə Qumral əməliyyat olunacaq. SİA xəbər verir ki, bu haqda müğənni özü "Rəngarəng" verilişində məlumat verib. Sənətçi əməliyyatdan qorxduğunu etiraf etsə də, bıçaq altına yatmaqda qərarlı olduğunu deyib: "Yerin də qulağı var, artıq hamı eşidib ki, əməliyyata hazırlaşıram. Əslində üzümə toxunmaq istəmirəm amma buxaq və boğaz əməliyyatına ehtiyacım var".

Sənətçi əməliyyatlar üçün 10 min manat ödəyəcəyini bildirib.