Finlandiya Rusiya ilə sərhədi açmayacaq..?

23 Fevral 2025 18:26 (UTC+04:00)

Finlandiya qaçqın axını təhlükəsi səbəbindən Rusiya ilə sərhədi açmaq niyyətində deyil.

SİA-nın məlumatına görə, bu barədə Finlandiyanın “Keskisuomalainen” nəşrinə müsahibəsində ölkənin müdafiə naziri Antti Hakkänen danışıb.

...Biz sərhədi açmayacağıq. Biz bilirik ki, Rusiya dərhal Finlandiyaya miqrant göndərməyə çalışacaq, - deyə o, Rusiya-Finlandiya sərhədinin mümkün açılması ilə bağlı bildirib.

Nazirin sözlərinə görə, Helsinki hazırda bütün təhlükəsizlik məsələlərinə, o cümlədən Baltik dənizində kabellərin təhlükəsizliyinə və daşınmaz əmlakla bağlı əməliyyatlara çox ciddi yanaşır.

Antti Hakkänen əlavə edib ki, bu ərazilərdə nəzarət daha da gücləndirilə bilər.

Qeyd edək ki, Finlandiya hakimiyyəti 2022-ci il sentyabrın 30-dan Rusiya vətəndaşlarının turizm məqsədilə ölkəyə girişini məhdudlaşdırıb.

Gələn ilin sonunda qərara alınıb ki, hazırda Rusiya ilə şərq sərhədi tamamilə bağlansın, səfərin məqsədindən asılı olmayaraq, nə ruslar, nə də finlər onu keçə bilməzlər.

Bundan əvvəl Finlandiya hökuməti Eduskuntaya (Finlandiya parlamenti) ruslara ölkədə mənzil almağı qadağan edən qanun layihəsi təqdim edib.

Helsinki hesab edir ki, Rusiya vətəndaşları ölkənin təhlükəsizliyinə təhlükə yarada bilər.

Əli Babayev