Binəqədi rayonunda baş verən yanğın qısa müddətdə söndürülüb

23 Fevral 2025 18:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində, beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60 kvadratmetr olan mənzilə artırmanın tavanı 20 kvadratmetr sahədə yanıb.

Mənzillər və bina yanğından mühafizə olunub.