Moskvada tikinti meydançasında partlayış olub

23 Fevral 2025 18:04 (UTC+04:00)

...Moskvanın Kolomenskaya küçəsində tikinti meydançasında partlayış baş verib.

SİA-nın məlumatına görə, Mash Telegram kanalı yazır ki, ölənlər barədə məlumat yoxdur.

Hadisə bazar günü, fevralın 23-də, Moskva vaxtı ilə saat 15:57-də, River Park yaşayış kompleksinin yanındakı tikinti sahəsində baş verib.
İlkin məlumata görə, işçilərin qoşqusunda qaz balonu partlayıb.

Partlayışdan sonra ərazidə yanğın başlayıb. Hadisə şahidlərinin yayımladığı kadrlarda treylerin üstündən hündür qara tüstü sütunu qalxır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Bundan əvvəl “River Park” yaşayış kompleksinin yaxınlığında naməlum şəxsin avtomatdan atəş açdığı bildirilirdi.

Daha sonra o, qara rəngli “Mercedes”lə hadisə yerini tərk edib.

Nazlı Almuradova