Türkiyə alimləri düşərgədə fəaliyyətə başlayıblar

23 Fevral 2025 17:54 (UTC+04:00)

Antarktika Türk Elmi Tədqiqat Düşərgəsində işlərə başlanılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə elmi qrupu 10 günlük səfərdən sonra Antarktidada Horseshoe adasındakı Türk Elmi Araşdırma Düşərgəsinə çatıb.

Türkiyə alimləri düşərgədə fəaliyyətə başlayıblar.

Cari il adada və dənizdə ümumilikdə 19 layihə həyata keçiriləcək.

20 nəfərlik komanda Antarktidada iqlim dəyişiklikləri üzərində işləyəcək, yer elmlərindəki müxtəlif mexanizmləri, tektonik mexanizmləri, izostatik dəyişiklikləri, deformasiyaları, canlıları tədqiq edəcək və yeni növlərin qeydiyyatını aparacaq.