Yolların sürüşkən olması səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşib FOTOLAR

23 Fevral 2025 17:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. SİA xəbər verir ki, müraciətdə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin çətinləşdiyi bildirilir: “Yolların sürüşkən olması səbəbindən hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib. Mümkün qədər avtomobillə yola çıxmayın!”